top of page
Asset 2לוגו לבן אזרים 2.png
space-logo-en.png
Asset 20לוגו אנגלית לבן  .png
 Beynəlxalq Kosmik Olimpiada
Asset 1כוכבים צהובים.png

 İlan Ramonun

Ümumi məlumat

Asset 1כוכבים צהובים.png

Beynəlxalq Kosmik Olimpiada (bundan sonra - BKO) İsrailin Kosmik Agentliyi (İSA) tərəfindən 2014-cü ildə təsis edilmiş, İsrailin ilk astronavtı İlan Ramonun adını daşıyan beynəlxalq olimpiadadır. 

İlk dəfə 2014-ci ildə Təl-Əviv şəhərində keçirilmiş BKO bütün dünyada kosmik sahə üzrə şagirdlər üçün təşkil edilən ən nüfuzlu elmi tədbirlərdən hesab edilir.

BKO minlərlə gənc ziyalını  kosmosun geniş möcüzələrini kəşf etməyə ruhlandıran milli kosmik təhsil təşəbbüsü olaraq İsrail Kosmik Agentliyi, İsrail Təhsil Nazirliyi və İsrail Elm və Texnologiya Nazirliyinin birgə fəaliyyətidir. Bu təşəbbüs sərhədləri aşaraq kosmik maariflənmənin əhatəsini genişləndirməklə kosmosa maraq göstərən qlobal məktəbli icmasını inkişaf etidirir. Belə transformativ genişlənmə kosmosu anlamaq üçün kollektiv axtarış üzrə elmi mübadilə və əməkdaşlıq üçün müvafiq platformanı təmin edir.

BKO-nun 4 seçim mərhələsi vardır. I və II mərhələlər hibrid olmaqla canlı məkanda və virtual formatda təqdim olunur. III mərhələ isə regional müsabiqədir ki, bundan sonra qaliblər IV və final mərhələsi olan “Milli finala” yüksəlirlər. III və IV mərhələlər məktəblilərin görüşüb digər komandaların kosmik elmi işlərini (layihələri) nəzərdən keçirdikləri platformadır.

İsrail təhsil sisteminə görə potensial olimpiada iştirakçıları olacaq məktəblilər aşağıdakı təsnifat üzrə yaş qruplarına bölünürlər. I yaş qrupu 4-6-cı sinif şagirdləri, II yaş qrupu isə 7-9-cu sinif şagirdlərindən ibarətdir. Hər yaş qrupu öz qrupu üzrə müvafiq kosmik-elmi tapşırıqları ivrit, ərəb və ingilis dillərində əldə edirlər.  

Cari ildə BKO-nun milli mərhələsi 2024-cü ilin noyabrından 2025-ci ilin may ayına kimi davam edəcəkdir. Olimpiadanın başlanğıcında İsrail BKO təşkilat komitəsinin üzvləri tərəfindən aşağdakı alqoritm üzrə fəaliyyətlərə başlanılır. 1) Milli komandalara tədris verəcək mentor müəllimlərin təlimi (bundan sonra - ToT) keçirilir. Təlimlərin məqsədi müxtəlif mərhələlər və proseslər haqqında olimpiadada iştirak edəcək mentor müəllimlərə hərtərəfli məlumat vermək, iştirakçı müəllimlərin gözləntilərini öyrənmək, eləcə də təlimatları aydın şəkildə başa düşmələrinə dəstək göstərməkdir. 2) Məktəbli komanda üzvlərinə təlimlər keçirilir və müsabiqənin I mərhələsi üçün komanda üzvlərinə konkret tapşırıqlar təqdim edilir. Bununla məktəblilərə strategiya qurmaq və ilkin çətinliklərə hazırlaşmaq imkan yaradılır.

BKO 3 əsas pedaqoji yanaşma ilə 1) Bələdçilik, Kəşf və Öyrənmə (GDL), 2) Problem Əsaslı Tədris (PBL), 3) Hesablama Təfəkkürü (CT) vasitəsi ilə məktəblilərin bacarıqlarını həyata keçirilir.

Bələdçilik, Kəşf və Öyrənmə (GDL) yanaşması məktəblilərə istiqamət və dəstək verən, həllər, eləcə də əlaqələr kəşf etməyə təşviq edən mentor müəllimlər tərəfindən idarə olunur. BKO proqramında mentor müəllimlərin rolu kosmik mövzular haqqında biliklər vermək deyil, daha çox məktəblilərin özlərinin idarə etdiyi öyrənmə prosesini asanlaşdırmaq və istiqamətləndirməkdir. Mentor müəllimlər yarışlarda komandalara rəhbərlik edir və bu zaman onların əsas vəzifəsi məktəblilərə özünü tənzimləmə bacarıqlarını, effektiv komanda işi və birgə problemlərin həlli strategiyalarını inkişaf etdirməyə kömək etməkdir. Mentor müəllimlərdən kosmosla bağlı fənlər üzrə geniş biliklər tələb olunmur, çünki proqramın əsası məktəblinin müstəqil şəkildə araşdırma və bilik əldə etmə qabiliyyətini inkişaf etdirməkdir. Burada mentor müəllimlər fasilitator qismində çıxış edir, komandalarına dəstək göstərir, rəy bildirir, bələdçilik edirlər. Onlar maraqlar, tənqidi düşüncə və gələcək uğur üçün vacib olan STEAM bacarıqlarının inkişafını təşviq edən mühiti inkişaf etdirirlər.

BKO-da 2023-2024-cü tədris ilində 348 məktəbdən 7000 şagird iştirak etmişdir.

Müsabiqə 2 yaş qrupuna bölünür:

I səviyyə - 4-6-cı sinif şagirdləri                                                                 

II səviyyə - 7-9-cu sinif şagirdləri

Tapşırıqlar hər yaş qrupuna uyğun olaraq müəyyən edilir.

Mir Space Station.H03.2k (1).png

Reqlament cədvəli

Qeydiyyatın başlaması - 15/08/2024

Müəllimlər üçün təlimlər (ToT) - 07-08/10/2024

Məktəblilər üçün vebinar  - 28/10/2024

Tapşırıq 1 - 28/10 - 25/11

Tapşırıq 2 - 09/12 - 13/01

Tapşırıq 3 - 27/01 - 03/03

Tapşırıq 4 - 17/03 - 28/04 

Finals in Israel 29/05/2025

Qaydalar və Tənzimləmələr

Asset 1כוכבים צהובים.png

Müsabiqənin məqsədi:

Müsabiqə məktəblilərin yaradıcı düşüncəsini inkişaf etdirərək, elmin üstünlüyünü təbliğ edir. Müsabiqə zamanı iştirakçılar elmi kosmik sahələri öyrənir və yeni məzmunlu dünyagörüşü əldə edirlər.

Hədəf kütləsi

  • 4-6-cı sinif və 7-9-cu sinif şagirdləri.

  • Yaş həddinə görə müsabiqələrin mövzusu fərqlidir.

  • Hər komandanı 20 nəfər məktəbli təmsil edir.

  • Eyni məktəbdən bir neçə komanda qeydiyyatdan keçə bilər.

 

Qeydiyyat

  • Qeydiyyat yalnız hədəf qrupuna daxil olan məktəblilər üçün keçərlidir.

  • Məktəblilərin siyahısı komandalar şəklində ümumtəhsil müəssisələri tərəfindən müəyyən olunur.

  • Müvafiq siyahılar Azərbaycan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Kosmik Agentliyinə təqdim olunur.

  • Təsdiq olunmuş siyahılar Azərbaycan Respublikasının Kosmik Agentliyi tərəfindən İsrail Kosmik Agentliyinə təqdim olunur.

 

Mərhələlər

  • Müəllimlər və məktəb direktorları üçün onlayn açılış tədbiri

  • Məktəblilər üçün onlayn açılış tədbiri

 

Hər bir mərhələnin müəyyən edilmiş əsas mövzusu var:

  • Mərhələ 1 - onlayn tapşırıq

  • Mərhələ 2 - icma layihəsi

  • Mərhələ 3 - modelin dizaynı

  • Mərhələ 4 - modelin qurulması

 

Fors-major hallar üçün alternativ format müəyyən ediləcək və təlimatlar öncədən ətraflı qaydada paylaşılacaqdır.

 

Əlaqə

Müsabiqə dövründə iştirakçılar təşkilatçılarla aşağıdakı elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər space@azercosmos.az

 

Komandaların fəaliyyətinin sənədləşdirilməsi

​Müsabiqə mərhələləri zamanı müxtəlif sənədləşdirmə fəaliyyətləri aparıla bilər (məsələn, ümumtəhsil müəssisələrində kamera çəkilişlərinin aparılması istisna edilmir). Bu cür hallar fəaliyyətlərin qiymətləndirilməsi prosesinə heç bir təsiri etməyəcək. Eyni zamanda iştirak edən məktəblərdən tələb edilir ki, şagirdlərin fotoşəkillərinin çəkilməsi və Kosmik Agentliyin nəşrlərində, eləcə də sosial şəbəkələrdə yayımlanması üçün icazə verən sənədlər imzalasınlar.

 

​Qiymətləndirmə

Mərhələlərin qiymətləndirilməsi ballara uyğun müəyyən edilir. Komandalar nailiyyətlərinə görə sıralanır. Final tədbirində qalib komandanın müəyyən edilməsi onların finalda əldə etdikləri nəaliyyətlər üzrə səciyyələndirilir. Hər bir mərhələ ayrıca bal hesablama vahidinə uyğun qiymətləndirilir və mərhələlər arasında toplanan ballar nəzərə alınmır.

 

Nəticələrin elan edilməsi

Növbəti mərhələyə keçmək haqqında bildiriş mərhələ bitdikdən bir neçə gün sonra komandalara bildiriləcəkdir.

Mükafatlar

İlk üç komanda finalda mükafat qazanacaqlar. Finalda bütün iştirakçılara iştirakçılıq haqqında sertifikat təqdim olunacaqdır.

Milli Komitə

Milli Komitə üzvləri müsabiqənin icra mərhələlərinə uyğun müzakirələr aparır və zərurət olduqda qərarlar qəbul edirlər.

Ümumi şərtlər

Milli komitə müsabiqəni təşkil edir və idarə edir. Müsabiqə ilə bağlı bütün qərarlar, o cümlədən nominasiyaların təqdim edilməsi, qaliblərin seçilməsi, mükafatlar, eləcə də digər qərarlar təlimata, həmçinin rəhbər komitənin qərarına uyğun olaraq müəyyən edilr. Məktəbi təmsil edən şəxsin hər hansı narazılıqla bağlı yenidən baxılması üçün xüsusi forma təqdim etdiyi halda məsələ ilə bağlı apellyasiyaya müraciət edilə bilər. 

Müsabiqənin hər bir mərhələsi KOSMİK Akademiya tərəfindən müəyyən edilmiş tarixlərdə başlayır və bitir. Akademiya zərurət yaranarsa müsabiqənin veb saytında öncədən bildirişin yayımlanması şərti ilə beynəlxalq komitə ilə məsləhətləşərək müsabiqənin qaydalarını bu təlimatlarda göstərilən şəkildə dəyişdirmək hüququna malikdir.

Asset 1כוכבים צהובים.png
Asset 1כוכבים צהובים.png

Suallar və cavablar

Asset 1כוכבים צהובים.png

S: Müsabiqə praktiki olaraq nə vaxt başlayır?

C: İlk mərhələ 28.10.2024-cü il tarixində başlayır.

 

S: Müsabiqə nəyi əhatə edir?

C: Müsabiqə müəyyən edilmiş vaxt ərzində verilmiş tapşırıqları həll etməyi ehtiva edir. Komandanın tapşırıqlar üzərində işləmək üçün həftədə bir dəfə 2 saat müddətində birgə toplaşaraq çalışmaları tövsiyə edilir.

 

S: Kosmik olimpiadada iştirak haqqı tələb olunur?

C: Müsabiqə Milli Kosmik Agentlik tərəfindən təşkil edilir və məktəblər üçün iştirak ödənişsizdir.

 

S: Nəzarətçi müəllimin xüsusiyyətləri nələrdir?

C: Rəqəmsal bilik və bacarığa malik STEAM əsaslı tədrisi təşkil edən motivasiyalı müəllim qrup rəhbəri ola bilər.

 

S: Müsabiqədə müəllimin rolu nədir?

C: Müsabiqə şagirdin müstəqil öyrənməsi və müəllimin komandaya koordinasiyası üzərində təşkil olunub. Müəllimlər komandanın liderləridir və onların rolu məktəblilərin tapşırıqlarda uğur qazanmasına kömək etmək, ədaləti qorumaq, müstəqil öyrənməyi, vaxtı idarə etməyi, komanda işini və sosial çətinliklərin öhdəsindən gəlməyi təşviq etməkdir.

 

S: İlin əvvəlində hansı hazırlıqları etmək lazımdır?

C: İlk addım 20 nəfər məktəblidən ibarət bir komanda formalaşdırmaqdır. Komandanın tərkibi məktəb direktoru tərəfindən müəyyən edilməlidir. Tədris ilinin əvvəlində məktəbdə kompüterlərin mövcud və işlək olduğunu yoxlamaq, tələbələrin müxtəlif rəqəmsal vasitələrə daxil olmaq üçün Google hesabına sahib olmalarını təmin etmək lazımdır.

 

S: Komanda üçün məktəblini necə seçmək olar?

C: İlk növbədə, iştirakın əsas şərtinə uyğun olan dostyana davranışı vurğulamaq vacibdir. Bundan əlavə, məktəbliləri seçmək üçün bir neçə ümumi metod var. Bəzi nümunə metodlar aşağıda sadalanmışdır:

Metod 1: Məktəblilərə komandaya qoşulmaq imkanı təqdim edin və onların arzuları, daxili həyəcanları, təhsil nəticələri və dözümlülüklərini nəzərə almaqla seçim edin.

Metod 2: İstəyən hər bir məktəbli üçün qeydiyyat imkanı yaradın və təbii seçimə güvənin.

Metod 3: Ən yaxşı namizədləri öz metodunuza əsaslanaraq sıralayın (məsələn, "Niyə Olimpiadaya uyğun olduğunuzu düşünürsünüz" mövzusunda esse yazmalarını xahiş edin).

 

S: Qrupda neçə nəfərdən ibarət olmalıdır?

C: Qrup 20 nəfər məktəbli ilə təmsil olunmalıdır. Müsabiqədə iştirak məktəblilər üçün böyük üstünlükdür. Onlar bu sahədə ən son məlumatlarla tanış olur, mürəkkəb materiallarla işləyir, yaradıcı düşünərək qruplarla işləmək kimi mühüm bacarıqları inkişaf etdirirlər. Buna görə də, qrup üçün icazə verilən maksimum sayda məktəblini komandaya cəlb etmək tövsiyə olunur.

 

S: Komanda işini necə təşviq edilməlidir?

C: Tapşırıqları yerinə yetirməzdən əvvəl komanda daxili birlik, motivasiya yaratmaq üçün komanda qurma fəaliyyətinə başlamaq tövsiyə olunur.

 

S: Tapşırıq necə təqdim edilməlidir?

C: Təqdimetmə metodu tapşırığın özündə ətraflı izah ediləcəkdir.

 

S: Müsabiqə kimlər üçündür?

C: Müsabiqə 4-6 sinif və 7-9 sinif şagirdləri üçündür.

 

S: Müsabiqəyə müstəqil qeydiyyat mümkündürmü?

C: Müsabiqə üçün qeydiyyat yalnız məktəb vasitəsilə mümkündür.

 

S: Bir mərhələdə uğursuz olan komandanın taleyi necə olacaq?

C: Mərhələlər seçim əsasında irəliləyir və bütün komandalar növbəti mərhələyə keçməyəcək.

  • Müsabiqəni erkən tərk edənlər üçün tapşırıqlara giriş açıq qalır. 

  • Yenidən baxılması üçün veb sayt vasitəsilə sorğu təqdim etmək mümkündür.

  • Müsabiqənin müxtəlif mərhələləri üçün qiymət hər mərhələyə ayrılmış göstərici üzrə müəyyən ediləcəkdir.

  • Komandalar öz balına əsasən yeni mərhələyə yüksələcəklər.

  • Final mərhələsində qalib komandalar son tapşırığın balına görə müəyyən ediləcəkdir. Əlavə qalib kateqoriyaları da müəyyən edilə bilər.

  • Hər bir mərhələnin ayrı-ayrı qiymətləndirmə vahidi olduğunu qeyd etmək vacibdir.

 

 S: Qeydiyyatımın qəbul edildiyini necə yoxlayım?

C: Müsabiqənin veb saytında iştirak edən məktəblərin siyahısı göstərilir.

 

S: Müsabiqə tapşırıqlarını necə alıram?

C: Tapşırıqlar müsabiqənin veb saytında nümayiş olunur.

bottom of page